Bakı metrosunda yanğın – YENİLƏNDİ

Bakı metrosunda yanğın – YENİLƏNDİ
Bütün Xəbərlər
13:56 26.03.2012
1601

12:05

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “Azadlıq” metrostansiyasında yanğın baş verib.

AZXEBER.COM-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda metrostansiyanın ümumi ərazisi çoxlu sayda polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılır. Metrostansiyanın içərisində olan bütün sərnişinlərin ərazidən uzaqlaşdırıldığı bildirilib.

Metroya daxil olmaq istəyən vətəndaşlara isə hazırda metronun bağlı olması söylənilir.

12:50

Hadisə şahidlərinin AZXEBER.COM- a verdikləri məlumata görə, qatarların hərəkəti zamanı yanğın qoxusu gəlib.

13: 05

Az öncə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, elektrik naqillərində baş verən yanğın güclü tüstülənməyə səbəb olub. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb və yanğın söndürülüb. Xəsarət alan yoxdur.

OXŞAR XƏBƏRLƏR