Bakı metrosunda yenə problem yaşandı – Sərnişinlər təxliyyə olundu

Bakı metrosunda yenə problem yaşandı –  Sərnişinlər təxliyyə olundu
Bütün Xəbərlər
11:35 01.05.2014
831

Bu gün səhər saatlarında Bakı Metropoliteninin yaşıl xətti üzrə “Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu səbəbdən sərnişinlər qatardan təxliyə olunub və nasazlıq yaranan qatar baxış üçün depoya göndərilib.

Hadisə nəticəsində “Həzi Aslanov” stansiyasından “Nərimanov” stansiyasına qədər sərnişinlərin sıxlığı yaranıb.

“Ümumi intervalda 2-2,5 dəqiqə gecikmə baş verib. Lakin bundan sonra qatarların hərəkəti bərpa olunub, qrafik üzrə hərəkət edirlər”, - deyə qurumdan bildirilib.

OXŞAR XƏBƏRLƏR