Bakı metrosunda özünü qatarın altına atan tələbə danışdı

Bakı metrosunda özünü qatarın altına atan tələbə danışdı
Bütün Xəbərlər
17:15 14.03.2014
5149
Bakıda özünü qatarın altına atan tələbə  danışdı. Bir neçə gün əvvəl metronun “Ulduz” stansiyasında özünü qatarın atına ataraq qolunu itirən 18 yaşlı Devran Həsənovla qızaca söhbətləşdik. Həmin dialoqu təqdim edirik:
- Devran necəsən? Niyə özünə qəsd etmişdin, bəlkə bizə deyəsən..
- Qardaş, danışılası bir şey yoxdu
- Mənə niyə özünə qəsd etməyini, deyəsən, bəlkə...
- Elə böyük bir səbəb yoxdu, sadəcə həyata oyun kimi baxmaq.
- Bir az anlat, oynaya bildin həyatla?
- Yox, topum cırıq idi
- Həyatla oyuna saz topla çıxarlar axı...
- Burada sizinlə söz güləşdirmək fikrim yoxdu
- Söz güləşdirmirəm. Niyə həyatla oyuna çıxmışdın?
- Çünki bu həyat arzularımı mənə vermək iqtidarında deyil
- Devran, suallarımla səni incitmək fikrim yoxdu, sadəcə peşə belə tələb edir.
- Qulaq as, məni bir nəfər incidə bilər, o da dövran.
- Devranın heyfini dövrandan çıxa bildin?
- Məni narahat etmə… sənə uğurlar.
- Sağ ol, sənə şəfalar… Möhkəm ol...
D.Həsənov Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinin 1-ci kurs tələbəsidir.(milli.az)
OXŞAR XƏBƏRLƏR