Bakı metrosundakı problemin səbəbi açıqlandı

Bakı metrosundakı problemin səbəbi açıqlandı
Bütün Xəbərlər
11:56 19.12.2013
1197

Bakı Metropoliteni qatarların hərəkətində yaranmış problemin aradan qaldırılması istiqamətində iş aparır. Bu barədə Trend-ə Metropolitendən bildirilib.

Metropolitendən qeyd edilib ki, Surətin Avtomatik Tənzimləmə Sisteminin proqram təminatında yaranan problemlər qatarların hərəkətində ciddi fasilələr yaradıb.

Qeyd edək ki, bu gün səhər saat 8:00 radələrində metroda qatarların hərəkətində ləngimələr olub. Həm "Dərnəgül", həm də "Həzi Aslanov" istiqamətində qatarlar təxminən 20-30 dəqiqəlik gecikmə ilə gəlib.

OXŞAR XƏBƏRLƏR