Bakı metrosundan Avropa Liqası açıqlaması

Bakı metrosundan Avropa Liqası açıqlaması
İDMAN
18:16 19.09.2019
4060
Bakıda keçiriləcək "Qarabağ" - "Sevilya" oyunu ilə bağlı Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq.
 

Bu barədə trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bununla bağlı tədbirlər planı hazırlanıb: "Plana əsasən, oyunla bağlı metro bu gün gücləndirilmiş iş rejimində çalışacaq. Əsasən, metronun "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları gücləndirilmiş rejimdə işləyəcək. Oyun saat 20:55-də başlandığı üçün metro stansiyalarının gecə saat 00:00-dan sonra işləməsinə ehtiyac qalmayacaq. Çünki son vaxtların təcrübəsi bunu deməyə əsas verir ki, əsasən oyundan sonra sərnişinləri daşımaq üçün maksimum 1 saat vaxt lazım olur. Bu da metronun ümumi iş saatına düşür. Buna baxmayaraq, stansiyalarda nəzarətçilərin sayı artırılıb, "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarına əlavə işçi qüvvəsi cəlb ediləcək. Oyundan sonra sərnişinlərin sona qədər tam təhlükəsiz daşınması üçün bütün tədbirlər görülüb. Ehtiyat qatarlar hazır vəziyyətə gətirilib. Əgər ehtiyac olarsa, qatarlar arasında interval azaldılacaq və həmin ehtiyat qatarlar xəttə buraxılacaq".

Xatırladaq ki, bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində "Qarabağ" Bakıda Tofiq Bəhərmov adına stadionda "Sevilya" komandasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə 20:55-də başlayacaq. Oyunu ukraynalı hakimlər idarə edəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var
İranda 70 siyasi məhbus edam edildi
20:30 06.10.2026
İranda 70 siyasi məhbus edam edildi
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:23 06.10.2026
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq