Bakı metrosundan hər kəsi sevindirəcək yenilik

Bakı metrosundan hər kəsi sevindirəcək yenilik
Bütün Xəbərlər
12:18 23.09.2011
2128
Yaxın vaxtlarda Bakı Metropolitenində yeniliklərə start veriləcək.Metropolitenin şöbə müdiri Aftandil Bayramov Day.Az saytına açıqlamasında bildirib ki, yaxın vaxtlarda "Memar Əcəmi"də ikinci keçid stansiyasının inşasına başlanacaq."Bu stansiyanın tikintisinə 2011-ci ilin noyabr-dekabr aylarında start veriləcək. Hazırda layihəni gözləyirik. Keçid stansiyanın inşasının 2013-cü ilin sonlarında başa çatdırılması nəzərdə tutulub", - deyə A.Bayramov bildirib.Şöbə müdiri deyib ki, "Memar Əcəmi" stansiyasından Bakı Beynəlxalq Avtovağzalına yeni metro xətti də çəkiləcək və o, "Memar Əcəmi"ni "Avtovağzal" stansiyası ilə birləşdirəcək: "Hazırda "Avtovağzal" stansiyasının tikintisi tam gücü ilə davam etdirilir. Bu işlər 2013-cü ildə başa çatdırılacaq və sərnişinlər avtovağzala metro ilə gedə biləcək".
OXŞAR XƏBƏRLƏR