Yeni qatar adi qatardan 20 ton az çəkiyə malikdir.
Yanvarın 15-də Moskva metrosunda istifadəyə verilmiş birbaşa keçidli yeni vaqonlar həmçinin Bakı metropliteninə də çatdırılacaq. Bakı metropoliteni üç belə qatar alacaq.
AZXEBER.COM xəbər verir ki, oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə “Metrovaqonmaş” ASC-nin yeni qatarlarının baş mühəndisiSergey Litvinovbildirib.
Yeni qatar adi qatardan 20 ton az çəkiyə malikdir. Buna görə də o, elektrik enerjisinə qənaət edir. Qatar mavi və bənövşəyi rəngə boyanıb. Qeyri-adi rənginə görə metropoliten əməkdaşları qatarı “badımcan qatar” adlandırırlar.
“Hazırda biz Bakı metropoliteni üçün üç qatarın çatdırılması üçün müqaviləni yerinə yetiririk”,- Sergey Litvinov deyib.
O əlavə edib ki, “Metrovaqonmaş”ın əvvəlki nisbətən ucuz qatarları ilə həmçinin Yekaterenburq, Nijni Novqorod və Sankt-Peterburq metroplitenləri də maraqlanır.