Tədbirdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin solisti Anar Məmmədov və Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orketrının solisti Vəli Budaqovun klarnetdə ifaları səslənib. Konsertin konsertmeysterləri Nərgiz və Gülər Ağayevalar olub. A.Məmmədov və V.Budaqov Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər. Proqramda Üzeyir Hacıbəylinin, Bermannın, Mendesonun, Frankın, Ponçiellinin əsərləri ifa edilib.
Qeyd edək ki, konsertin informasiya dəstəkçisi AZXEBER.COM portalı olub.