Bakı Musiqi Akademiyasının 90 illiyinə həsr edilmiş konsert keçirildi

GƏNCLİK
22:18 30.11.2011
2046
Noyabrın 29-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) yaranmasının 90 illiyinə həsr edilmiş "Clarinetissimo II" adlı konsert olub. . AZXEBER.COM-un məlumatına görə, konsertdən əvvəl BMA-nın doktorantı Aybəniz Məmmədova akademiyanın yaranma tarixindən danışıb. O qeyd edib ki, BMA 1921-ci ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılıb. Aybəniz Məmmədova deyib ki, BMA Azərbaycan xalqının sərvətidir. 

Tədbirdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin solisti Anar Məmmədov və Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orketrının solisti Vəli Budaqovun klarnetdə ifaları səslənib. Konsertin konsertmeysterləri Nərgiz və Gülər Ağayevalar olub. A.Məmmədov və V.Budaqov Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər. Proqramda Üzeyir Hacıbəylinin, Bermannın, Mendesonun, Frankın, Ponçiellinin əsərləri ifa edilib. 

Qeyd edək ki, konsertin informasiya dəstəkçisi AZXEBER.COM portalı  olub. 

OXŞAR XƏBƏRLƏR