Xəbər verdiyimiz kimi, Bakı Olimpiya Stadionunun təşkilatçılığı ilə 31 dekabr tarixində, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Ən Yeni İl" konserti keçiriləcək.
Bu gün Türkiyə mətbuatı konsertdə iştirak edəcək olan Hadisənin alacağı qonorarı açıqlayıb. Belə ki, Hadise 375 min lirə (təxminən 191 min 234 manat) əldə edəcək.
Qeyd edək ki, konsertdə Hadisə ilə yanaşı Röya və Miri Yusif, türk estradasının ulduzları Demet Akalın, Murad Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur Dj-lər Cemre və Mahmut Orhan da çıxış edecek.
Belə olan təqdirdə maraqlı sual ortaya çıxır. Görəsən, Bakı Olimpiya Stadionun bu qədər pulu hardandır ki, təkcə Hadisəyə 191 min manat ödəyir? Həmçinin qardaş ölkədə Hadisədən heç də az məşhur olmayan Demet Akalın, Ozan Doğulu və digər ulduzlara da bu qədər pul veriləcəyini nəzərə alsaq, demək olar ki, stadion təkcə Türk ulduzlarına 1 milyon manata yaxın pul ödəyəcək. Eyni zamanda Röya və Miri Yusif də Azərbaycanın ən bahalı ulduzlarından hesab olunur.
Qeyd edək ki, konsertə biletlər 9-100 AZN arası dəyişir.
Onu da xatırladaq ki, stadionun tutumu 69 min nəfərlikdir. Bütün biletlərin satılacağı təqdirdə belə stadionun ziyan edəcəyini proqnozlaşdırmaq olar.