Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq

Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq
Bütün Xəbərlər
13:11 13.09.2013
739

Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq

Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoruSəhlab Bağırovməlumat verib. Onun sözlərinə görə, sentyabrın 16-da yeni dərs ilinin başlaması ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması məqsədilə polis tərəfindən nəzarətə götürüləcək. S.Bağırov hər hansı xoşagəlməz hadisənin baş verməməsi və “Bilik Günü”nə qatılacaq valideyn və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə polis naryadlarının sayının artırılacağını və zəruri olan bütün təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR