Bakı polisi yenə jurnalistə qarşı kobudluq etdi

Bakı polisi yenə jurnalistə qarşı kobudluq etdi
Bütün Xəbərlər
19:11 20.04.2012
1001
"Yeni Müsavat" qəzetinin əməkdaşı ilə polis arasında insident yaşanıb.AZXEBER.COM "Müsavat"a istinadən xəbər verir ki, qəzetin əməkdaşı Röya Rəfiyeva bu gün günorta radələrində "Neftçilər" metrostansiyasının yaxınlığında maklerlərin yığışdığı bağda reportaj hazırlayarkən polis əməkdaşı tərəfindən zorakılığa məruz qalaraq, Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinin 4-cü məntəqəsinə aparılıb. Bölmədə Ceyhun adlı polis jurnalistə fiziki güc tətbiq edib. Daha sonra bölməyə qəzetin baş redaktoru Rauf Arifoğlu və sabiq deputat Pənah Hüseyn gəlib. Orada məlum olub ki, bir qadın jurnalistin şəkil çəkməsi üzündən onun “istirahət hüququ” pozulduğunu iddia edib.
OXŞAR XƏBƏRLƏR