Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər davam etdirilir.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, paytaxtda koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir.