Bakı-Qazax magistral yolunda qəza: - 72 yaşlı qadın dünyasını dəyişib

Bakı-Qazax magistral yolunda qəza: - 72 yaşlı qadın dünyasını dəyişib
Bütün Xəbərlər
12:08 26.11.2013
727

Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verən qəzada 72 yaşlı qadın ölüb.

Bu barədə məlumatı AZXEBER.COM-a Baş Dövlət Yol Polisi İdarəsindən veriblər.

Məlumata görə, hadisə noyabrın 25-də gecə saat 19.30 radələrində magistral yolun 373 km-də, Şəmkir rayonun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Məlumata görə, Şəmkir rayon sakini, 1993-cü il təvəllüdlü Firdovsi Fərmanlı idarə etdiyi “VAZ 2104” markalı avtomobillə Qazax istiqamətində hərəkətdə olarkən, həmyerlisi 1951-ci il təvəllüdlü Kərim Xudaverdiyevin idarə etdiyi “VAZ 21011” markalı maşınla toqquşub.Qəza nəticəsində “VAZ 2104”-ün sürücüsü F.Fərmanlının nənəsi sərnişin 1941-ci il təvəllüdlü Roza Hacıyeva aldığı xəsarətlərlə hadisə yerində dünyasını dəyişib. Digər sürücü Kərim Xudaverdiyev isə ağır bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində aşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR