Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada ölüb
SOSİAL
20:45 11.10.2026
183
Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada həyatını itirib.

Hadisə ötən gün magistralın 111-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili Hacıqabul sakini, 1974-cü il təvəllüdlü Asəf Yusif oğlu Cəfərovu vurub.

Ağır xəsarətlər alan piyada politravma və travmatik şok vəziyyətində Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR