Bakı-Qazax yolunda dəhşətli qəza: 2 nəfər diri-diri yandı - FOTO

Bakı-Qazax yolunda dəhşətli qəza: 2 nəfər diri-diri yandı - FOTO
Bütün Xəbərlər
13:45 09.07.2014
3396
Yanacaq daşıyan maşın partlayıb.
Bakı-Qazax yolunun Ucar rayonunun Yeniyol kəndindən keçən hissəsində dəhşətli yol qəzası baş verib.
AZXEBER.COM  APA-ya istinadən xəbər verir ki, buğda daşıyan “QAZel” markalı avtomobillə yanacaq daşıyan yük maşını toqquşub. Toqquşma nəticəsində yanğın baş verib. Hər iki avtomobil yanıb. “QAZel”də olan iki nəfərin yanaraq öldüyü bildirilir. Yanacaq daşıyan avtomobilin sürücüsü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Ölənlərin və xəsarət alan şəxsin kimliyi bilinmir. Hər iki avtomobil yandığı üçün onların dövlət nömrə nişanları görünmür.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.
Bakı-Qazax yolunda tıxac yaranıb.
OXŞAR XƏBƏRLƏR