Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar universitetdə çalışan pedaqoji və inzibati heyətlə bağlı məsələlərə də aydınlıq gətirilib.
AZXEBER.COM xəbər verir ki, universitetdə 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub. Onların yarıdan çoxunun elmi dərəcəsi yoxdur, əksəriyyətinin isə əsas iş yeri digər ali təhsil müəssisələridir.
Bu səbəbdən universitetin fəaliyyətinin dayandırılmasının həmin şəxslərin əsas iş yerlərini itirməsi ilə nəticələnməyəcəyi bildirilib.
Qeyd olunub ki, universitetin ştat əməkdaşları digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət edə biləcəklər. Elm və Təhsil Nazirliyi bu prosesin təşkili ilə bağlı ali təhsil müəssisələrinə müvafiq tövsiyələr verəcək.
Şahanə Ziyad











































