Bakı-Quba yolunda ağır qəza: Xəsarət alanlar var

Bakı-Quba yolunda ağır qəza: Xəsarət alanlar var
SOSİAL
00:46 17.11.2026
56
Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə yolun Şabran rayonunun Gəndov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı yük maşını ilə minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Qəza yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR