Bakı-Quba yolunun 45-ci killometrində “Opel” markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan “Mercedes” markalı yük avtomobilinə çırpılıb.
AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, nəticədə, deformasiyaya uğramış “Opel” markalı minik avtomobilin 5 nəfər sərnişin aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 05:05-də başa çatıb.