Bakı-Quba yolunda dəhşətli yol qəzası baş verib - 5 nəfər ölüb

Bakı-Quba yolunda dəhşətli yol qəzası baş verib -  5 nəfər ölüb
Bütün Xəbərlər
13:28 24.12.2013
1468

Azərbaycanda dəhşətli yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, hadisə Bakı-Quba yolunda, Saray postunun yaxınlığında qeydə alınıb.

“KamAZ” markalı yük avtomobili iki minik maşını ilə toqquşub. Nəticədə bir neçə nəfər ölüb. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan yaralı və meyitlərin çıxarılması istiqamətində iş aparır.

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, qəzaya “Azərkörpü” Tikinti Şirkətinə məxsus 90-AG-518 dövlət nömrə nişanlı, “KamAZ” markalı beton qarışdıran maşın 10-LM-061 dövlət nömrə nişanlı taksi fəaliyyəti ilə məşğul “Nissan” və “Mercedes” markalı avtomobillərin üstünə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb.(APA)

OXŞAR XƏBƏRLƏR