Bakı-Quba yolunda iki yük maşını toqquşdu

Bakı-Quba yolunda iki yük maşını toqquşdu
Bütün Xəbərlər
10:06 02.12.2014
1000
Bakı Quba yolunun 7-ci kilometrliyində, magistral yolun Abşeron rayonu ərazisindən keçən hissəsində iki yük avtomobili toqquşub.Qubadan Bakıya yük gətirən 34 yaşlı Mahmudov Zaur Əliağa oğlu havanın qaranlıq və yağmurlu olması səbəbindən Masazır dairəsi yaxınlığında, yolötürücü körpünün üstündə dayanmış “SHAGMAN” markalı digər yük avtomobilini görməyib. Nəticədə Zaur Mahmudovun idarə etditi “Reno” markalı yük maşını həmin avtomobilə çırpılıb. Zərbənin gücündən Zaur Mahmudovun olduğu avtomaşının kabinəsi yerə düşüb. Hadisə zamanı avtomobillər ziyan görsə də, xəsarət alan olmayıb.Sürücü Zaur Mahmudovun sözlərinə görə, körpüdə nasaz vəziyyətdə dayanmış “SHAGMAN” markalı avtomobilin arxasında xəbərdar edici hər hansı bir nişan olmayıb. Elə bu da qəzanı qaçılmaz edib. Toqquşma nəticəsində deformasiyaya uğrayan yük avtomobilindən sürücü özü çıxıb.
OXŞAR XƏBƏRLƏR