İyunun 9-u, axşam saatlarında Bakı-Quba-RF dövlət sərhədi avtomobil yolunun 147-ci km-də, magistralın Quba rayonunun Paşa-oba kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib
AZXEBER.COMRegional TV-yə istinadən xəbər verir ki, Qubadan Bakı istiqamətində hərəkətdə olan 90 DT 704 qeydiyyat nişanlı “Pajero” markalı avtomobil qarşıdan gələn, Quba rayonunun İsnovqışlaq kənd sakini, 21 yaşlıMizzəfəddin Bayramovun idarə etdiyi 90 LR 125 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Bu zaman “Pajero”nun arxasınca gələn Sumqayıt şəhər sakiniMəmmədrza İbişovun idarə etdiyi sərnişin dolu mikroavtobus qəzaya uğrayan avtomobillərə çırpılıb.Nəticədə mikroavtobusda olan 7 nəfər və “Mercedes”in sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılardan 6 nəfərin xəsarətləri yüngül olduğundan onlar ilkin yardımdan sonra ambulator qaydada müalicəyə buraxılıblar. “Mercedes”in sürücüsü Mizzəfəddin Bayramovun və mikroavtobusun sərnişini, 59 yaşlı Sumqayıt şəhər sakiniZəbihə Məmmədtağıyevanın vəziyyəti orta-ağır olduğundan onlar Quba MRX-da müalicə alırlar. Qəzaya “Mercedes” markalı avtomobilin yüksək sürətlə idarə olunaraq yol hərəkəti qaydalarını pozmasının səbəb olduğu bildirilir.