Münaqişə nəticəsində bir nəfər yaralanıb, digəri isə öldürülüb
Moskvanın cənub-şərq hissəsində yerləşən "Baku" restoranın qarşısında silahlı dava düşüb.
ANS PRESS-in İnterfax-a istinadən verdiyi məlumata görə, münaqişə iki qafqazlı mühacir qruplaşması arasında baş verib. Moskva Daxili İşlər Nazirliyinin olayla bağlı yaydığı məlumatda bildirilib ki, münaqişə tərəflərindən biri qarşı tərəfə ağır bədən xəsarətləri, eləcə də soyuq və odlu silahdan xəsarət yetiriblər. İlkin məlumata görə, dava zamanı insident iştirakçılardan biri bıçaqdan xəsarət alıb. Digər bir şəxs isə başında odlu silahla yaralanaraq, yerindəcə dünyasını dəyişib. Münaqişəyə səbəb olan tərəf maşına minərək hadisə yeridən uzaqlaşıblar. Lakin polis qaçan şəxsləri yaxalamağı bacarıb. Onlar çeçen nömərli "Mercedes Gelenvagen" avtomobilində saxlanılıblar.