Bakı sakini 56 yaşlı kişi naməlum şəraitdə bıçaqlandı
Bütün Xəbərlər
10:13 25.04.2013
952
Bakının Nərimanov rayonunda qanlı hadisə baş verib. Metronun Nəriman Nərimanov stansiyası yaxınlığında qeydə alınan hadisə zamanı 56 yaşlı Əmiraslanov Vəli Ədil oğlu naməlum şəxs tərəfindən yaralanıb. Qeyd edək ki, əsasən baş və boyun nahiyyəsindən bıçaq yaraları alan Vəli Əmiraslanov ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.Xəstəxadan verilən məlumata görə, yaralının həyatı xilas edilsə də vəziyyəti kritik olaraq qalır. Hadisə ilə bağlı isə artıq Nərimanov rayon polis idarəsinə məlumat verilib. Zərərçəkən Vəli Əmiraslanovun huşu özündə olmadığına görə polislər hələlik hadisə ilə bağlı onun izahatını ala bilməyib.