Bakı sakini suda boğulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, mayın 18-də Bakı şəhər sakini Vüsal Amanov Mərdəkan çimərliyində çimərkən suda boğulub.
Meyitini tapılması istiqamətində tədbirlər görülür.