Bakı sakinləri Qafqaz İslam Ordusunu yaxından tanıyacaq

Bakı sakinləri Qafqaz İslam Ordusunu yaxından tanıyacaq
Bütün Xəbərlər
10:40 28.08.2013
900
Milli Azərbaycan Tarixi Muzeyində Bakı şəhərinin erməni-bolşevik qüvvələrindən azad edilməsinin - 95 illiyinə həsr olunmuş sərgiyə hazırlıq işləri tamamlanmaq üzrədir. 
Azxeber.com Azərbaycan Milli Elmlər Akademiyasına istinadən xəbər verir ki, bir ay davam edəcək sərginin açılışının sentyabrın 15-də baş tutacağı gözlənilir.Qeyd edək ki, muzeydə Qafqaz İslam Ordusunun ağır, lakin şərəfli, xilaskar yürüşünü əks etdirən eksponatlar mövcuddur. Bu eksponatlar istər siyasi hadisələrin gedişatı, istərsə də hərbi əməliyyatları əyani surətdə nümayiş etdirməyə imkan verir.100-ə yaxın eksponat, 20-ə yaxın məlumat stendləri, müvafiq fotoşəkillər, manekenlər, maketlər, rəsm əsərləri tamaşaçıya o dövrün hadisələri haqqında tam təsəvvür yaratmağa imkan verir.
OXŞAR XƏBƏRLƏR