Bakı-Şamaxı yolunda avtomobil 34 yaşlı qadını vurdu

Bakı-Şamaxı yolunda avtomobil 34 yaşlı qadını vurdu
SOSİAL
22:04 18.09.2020
614
Bakı-Şamaxı yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə magistral yolun 15-ci kmliyində qeydə alınıb.

Minik avtomobili yolu keçən 1986-cı il təvəllüdlü Səfərova Məleykə Vilayət qızını vurub. Ağır bədən xəsarətləri alan piyada təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qasıq oturaq sümüklərinin sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR