Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yaydı

Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yaydı
Bütün Xəbərlər
00:07 09.04.2012
2006
Bakı Şəhər Baş Polis İdarəsi İctimai Palatanın keçirdiyi mitinqlə bağlı məlumat yayıb.BŞBPİ-dən APA-ya verilən məlumatda deyilir: “Aprelin 8-də özünü “İctimai Palata” adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, AXP, KXCP, eləcə də bir sıra digər müxalifət yönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.
OXŞAR XƏBƏRLƏR