Vaqif Əsədov: “Sürücüləri yağışlı hava ilə əlaqədar diqqətli olmağa çağırırıq”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya açıqlamasında sürücüləri yağışlı hava ilə əlaqədar olaraq diqqətli olmağa çağırıb. V.Əsədov, həmçinin sürücülərə texniki baxışdan keçməyən, şüşəsilənləri işləməyən, mövsümü təkərləri olmayan avtomobillərlə yola çıxmamağı tövsiyə edib.