Şikayətçinin sözlərinə görə, iki il əvvəl evi plana düşüb, ancaq o, mənzilinə görə verilən məbləğlə razılaşmayıb. Qadın iddia edir ki, onu mənzilindən silah gücünə çıxarıblar: “İcra Hakimiyyətinin departamentində çalışan Vidadi müəllim üstümə silah çəkdi. Anam bu hadisədə dünyasını dəyişib. Mən onların verdiyi pulla razılaşmıram, ev istəyirəm. Söz verdilər, aldadıb mənə qol çəkdirdilər, indi də Hacıbala Abutalıbov məni qəbul etmir, sənədlərimi əlimdən alıblar”.
Gülgəz Məmmədova problemi həll olunmazsa, intihar edəcəyini deyir: “Mən şəhid ailəsiyəm. İki övladımı və həyat yoldaşımı ermənilər yandırıb. İndi də mən özümü yandıracam”.
Bakı şəhər İcra Hakimiyyətini dəfələrlə aransa da, məsələyə münasibət bildirmək istəməyiblər. /// meydan.tv