Bu gün saat 11:30 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yük maşını aşıb.
ANS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Atatürk prospekti 5 ünvanında Bakı şəhər İcra Hakimiyyətinə məxsus “KamAZ” markalı 90 JR 150 dövlət nömrə nişanlı yük maşını içində qırla birlikdə Dövlət Yanğınsöndürmə Xidmətinin su anbarına dəyərək aşıb. Faktla bağlı araşdırma aparılır.