05:12 şənbə, 16 Noyabr 2019
GƏNCLİK

Bakı Şəhər məktəbliləri arasında keçirilən “Gələcəyin mühəndisi” müsabiqəsinın qalibləri müəyyənləşdi

17:04, 15.04.20194065
Bakı Şəhər məktəbliləri arasında keçirilən “Gələcəyin mühəndisi” müsabiqəsinın qalibləri müəyyənləşdi
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetarium birgə əməkdaşlıq çərçivəsində, Şamaxı Astrofizika Rəsədxanası, Azərkosmos, Bakı Dövlət Universiteti və Park Bulvar AVM-in dəstəyi ilə 12 aprel  "Ümumdünya Kosmonavtika günü”nə həsr olunmuş Bakı şəhər məktəbliləri arasında ”Gələcəyin mühəndisi” müsabiqəsi keçirilib.
 
Məktəblilər üçün təşkil olunan proqram 15 noyabr 2018-ci il tarixindən başlayaraq 12 aprel 2019-cu il tarixinə qədər dəvam edib.
 
Məktəblilər Tusi-Bohm Planetariumda astroloji filmləri izləyib və onların əsasında maketlər hazırlayıblar. Müsabiqənin seçim mərhələsi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində həyata keçirilib. Təşkilat Komitəsi tərəfindən yaradılmış astrofiziklər, mühəndislər və mütəxəssislərdən ibarət olan münsiflər heyəti məktəblilərin hazırladıqları maketləri qiymətləndiriblər. Münsiflər heyətinə Firuzə Sultan-zadə - Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, Famil Mustafa - TUSİ-BOHM Planetariumun direktoru, Mirnamik Bəşirov - Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi, Böyükbəy Vəzirov - Azərkosmosun peyk mühəndisi, Fuad Dadaşov - Milli Aviasiya Akademiyasının böyük elmi işçisi daxil edilib. "Gələcəyin mühəndisi” müsabiqəsi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı şəhər ümumtəhsil müəssisələrinin V-VIII və IX-XI sinif şagirdləri arasında 2 yaş qrupu çərçivəsində (fərdi və qrup şəklində) keçirilib. Müsabiqədə 24 məktəb üzrə 63 iştirakçı hazırladıqları 54 maket ilə çıxış ediblər. 

Müsabiqənin mükafatlandırma mərasimi Park Bulvar AVM-də fəaliyyət göstərən TUSİ-BOHM Planetariumda "Kosmonavtika günü” ilə əlaqədar olaraq təntənəli şəkildə qeyd olunub. 1-ci yaş qrupu üzrə V-VIII sinif şagirdləri arasında I yerə – 25 bal ilə 103 saylı tam orta məktəbin şagirdi Firudin Musalı, II yerə – 24 bal ilə 167 saylı tam orta məktəbin şagirdi Tuqay Xəlilli, III yerə isə 22 bal ilə İ.Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdi Hidayətzadə İmran layiq görülüb. 2-ci yaş qrupu üzrə IX-XI sinif şagirdləri arasında I yerə – 19 bal ilə təqdimatının orijinallığı ilə fərqlənən 91 saylı tam orta məktəbin şagirdləri Alıyeva Lalə və Matveyeva Fatimə; II yerə – 19 bal ilə 329 saylı tam orta məktəbin şagirdi Məmmədli Səid, III yerə isə 18 bal ilə 7 saylı tam orta məktəbin şagirdi Əliyev Ağabaqir layiq görülüb. 

Müsabiqə nəticəsində yaş qrupları üzrə I yerə layiq görülənlər 500 AZN, II yerə - 350 AZN, III yer isə 250 AZN dəyərində pul mükafatı, diplom və hədiyyələr ilə təltif olunublar. Müsabiqədə iştirak edən digər məktəblilər isə sertifikat və hədiyyələr ilə mükafatlandırılıblar.
 

 

 

 

 


XƏBƏR LENTİ