Hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub.
Bakının Xətai rayonunda bu dəqiqələrdə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Ukrayna dairəsində hərəkətdə olan “Mercedes E class” markalı avtomobil “VAZ 2107” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində avtomobillər yararsız hala düşüb.
Hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZXEBER.COM-a verilən məlumata əsasən qəza zamanı yolda nəqliyyat vasitələrinin hərəkətinə böyük maneə yaranıb.
Faktla bağlı araşdırma aparılır.



