Bakı şəhəri üçün yeni tullantı daşıyan maşınlar alınıb

Bakı şəhəri üçün yeni tullantı daşıyan maşınlar alınıb
Bütün Xəbərlər
17:45 16.12.2013
1074

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi «Bərk məişət tullantılarının vahid idarəçiliyi Layihəsi» çərçivəsində Bakı şəhərində tullantıların toplanması və daşınması sisteminin, eləcə də 6 rayonun (Binəqədi, Qaradağ, Xəzər, Sabunçu, Suraxanı, Pirallahı) texniki təchizatının yaxşılaşdırılması məqsədilə tullantı daşıyan maşınlar alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən APA-ya verilən məlumata görə, bu məqsədlə keçirilmiş beynəlxalq tenderin qalibi Türkiyənin «Hidro-Mak» şirkəti ilə müqavilə imzalanıb, Türkiyədə istehsal olunmuş və həcmi 16 kubmetr olan «Ford» markalı 29 ədəd tullantı daşıyan maşın Bakıya gətirilib.

Layihə çərçivəsində alınmış tullantı daşıyan maşınların 5-i Binəqədi rayonu, 2-si Qaradağ rayonu, 8-i Xəzər rayonu, 6-sı Sabunçu rayonu, 7-si Suraxanı rayonu və 1-i Pirallahı rayonu üçün ayrılıb və müvafiq rayon icra hakimiyyətlərinə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR