'Bakı turniri' başlayır

GƏNCLİK
12:20 11.01.2013
1561

12 yanvar saat 12:00-da Gəncliyə Yardım Fondunun akt zalında "İRƏLİ" Məktəb Parlamenti və “Xəzər” İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə məktəblilər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə “Bakı turniri” keçiriləcək.

Məktəblilərarası çempionatda Bakının müxtəlif məktəblərindən 22 komanda iştirak edəcək.

Çempionatın sonunda ilk üç yerin sahibləri diplom və sertifikatlarla təltif olunacaq.

Çempionatın keçirilməsində əsas məqsəd məktəblilərdə dünya görüşün artırılması, intellektual hərəkata cəlb olunmasını təmin etməkdir.

Qeyd edək ki, çempionat 2013-ci ildə "İRƏLİ" Məktəb Parlamenti tərəfindən məktəbliləri əhatə edən ilk və ən böyük intellektual yarışdır.

OXŞAR XƏBƏRLƏR