Bakı və Abşeronda narkotacirlər tutuldu - FOTO/VİDEO

Bakı və Abşeronda narkotacirlər tutuldu - FOTO/VİDEO
KRİMİNAL
16:25 15.07.2021
679
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Saray qəsəbəsi sakini Fərid Vəliyev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onun qəsəbə ərazisindəki evinin həyətinə baxış zamanı kultivasiya etdiyi ümumi çəkisi 2 kiloqram 260 qram olan 19 ədəd çətənə kolu aşkar edilib.

Fərid Vəliyev ifadəsində çətənə bitkilərini satmaq məqsədi ilə əkdiyini bildirib.

Səbail rayonunda da narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Vurğun küçəsində Nəriman Ağayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, bir kibrit qutusu qurudulmuş marixuana və yeddi ədəd psixotrop həb aşkar edilərək götürülüb. Ətrafında aparılan tədbirlərlə onun narkotik vasitələri internet üzərindən onlayn qaydada əldə etdiyi şəxs də müəyyən edilib. 

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunan Azər Həsənov da saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Polis əməkdaşları tərəfindən onun yaşadığı mənzilə baxış zamanı isə oradan əlavə olaraq 2 kiloqram 300 qram heroin götürülüb.

Binəqədi rayon Polis İdarəsinin altıncı Polis Bölməsinin əməkdaşları da narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxsləri saxlayıb.

Əməliyyat zamanı "patı” adlanan psixotrop maddə olan metamfetamin satmaqda şübhəli bilinən Ramin Rəcəbov, Pünhan Bayramlı və Kənan Yarıyev saxlanılıblar. Bu şəxslərdən satmaq məqsədi ilə əldə etdikləri külli miqdarda metamfetamin aşkar edilib.

Qeyd edilən hər üç faktla bağlı Abşeron, Səbail və Binəqədi Rayon Polis İdarələrində araşdırmalar və istintaq tədbirləri davam etdirilir.
 
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
16:09 08.11.2026
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
16:09 08.11.2026
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
16:04 08.11.2026
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
16:03 08.11.2026
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
"Zəfər günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
16:02 08.11.2026
"Zəfər günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
Şuşadan ailə Fotosu
15:55 08.11.2026
Şuşadan ailə Fotosu
Bakıda 33 yaşlı kişi bıçaqlanıb
15:55 08.11.2026
Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
15:47 08.11.2026
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
15:41 08.11.2026
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var
15:29 08.11.2026
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var