Bakı və qəsəbələrinin inkişafı ilə bağlı üçüncü Dövlət Proqramı qəbul ediləcək

Bakı və qəsəbələrinin inkişafı ilə bağlı üçüncü Dövlət Proqramı qəbul ediləcək
Bütün Xəbərlər
12:27 24.12.2013
476

Gələn ilin əvvəlində Bakı və qəsəbələrinin inkişafına dair üçüncü Dövlət Proqramı qəbul edilməlidir.

AZXEBER.COM xəbər verir ki, bunu dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.Dövlət başçısı bildirib ki, Şəhər icra hakimiyyəti, İqtisadiyyat və Sənaye Nazirliyi, aidiyyəti qurumlar bu istiqamətdə fəal işləyirlər. “Proqramın demək olar ki, böyük hissəsi hazırdır. Bu gün burada Bakının bütün rayonlarının rəhbər işçiləri, bələdiyyə sədrləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər. Xahiş edirəm ki, hər bir qəsəbədən əlavə konkret təkliflər verilsin.Bilirəm ki, bu təkliflər verilibdir. Siz daha yaxşı bilirsiniz ki, insanları hansı məsələlər narahat edir. Elə etməliyik ki, 2014 -2016-cı illər üzrə Dövlət Proqramı bütün məsələləri özündə ehtiva etsin, bir dənə də olsun məsələ diqqətdən kənarda qalmasın”.

OXŞAR XƏBƏRLƏR