Bakı Venesiyası - FOTOLARDA

Bakı Venesiyası - FOTOLARDA
Bütün Xəbərlər
12:29 04.07.2012
4078
Şəhər sakinlərinin uzun müddətdir intizarla gözlədiyi Bakının Venesiyası nəhayət ki, istifadəyə verildi. AZXEBER.COM-un məlumatına görə, 9000 kv.m ərazisi olan Venesiya su şəhərciyinin bir ildən çoxdur aparılan təmirdən sonra sahəsi 10 000 kv.m-ə çatdırılıb.Yeni Venesiya su şəhərciyi köhnə Venesiyadan görünüşünə görə tamamilə fərqləsə də, məğz eynidir. Təmirdən sonra şəhərciyin su tunelləri yenidən tikilib, sahəsi genişləndirilib, işıqlandırma sistemi yenilənib. Su təmizləyən qurğular suyun daima şəffaf olmasına şərait yaradacaq.Şəhərcikdə 2 böyük, bir neçə kiçik ada var. Böyük adalarda qotika üslubunda restoranlar fəaliyyət göstərir. Onlardan birində milli mətbəx təamları veriləcək.Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, təmirin bu qədər uzun çəkməsinə səbəb işlərin əsaslı görülməsi olub. Maksimum çalışılıb ki, heç bir ağaça ziyan dəyməsin. Bu ağaçların böyüməsinə 30-50 il vaxt sərf edilib.Venesiya su şəhərciyini gəzmək üçün İtaliyadan gətirilən 8 qayıq ayrılıb. Qayıqlarda işləyəcək bələdçilər hazırda paytaxt sakinlərinə xidmət etmək üçün təlim keçirlər. Qayıqlar 4 nəfərlikdir. Onlardan biri bələdçinin, digərləri isə sərnişinlər üçün nəzərdə tutulub. Qayıqda 20 dəqiqə gəzmək 5 manata başa gəlir.
OXŞAR XƏBƏRLƏR