Bakı yaxınlığında təyyarə qəzaya uğradı

Bakı yaxınlığında təyyarə qəzaya uğradı
Bütün Xəbərlər
12:14 23.12.2011
2054
Bu gün səhər saatlarında Abşeron rayonu ərazisində təyyarə qəzası baş verib. Abşeron rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Masazır qəsəbəsi ərazisində, Masazır gölünə kiçik motorlu təyyarə düşüb. Hadisə yerinə FHN-in xilasediciləri göndərilib.APA-nın əldə etdiyi məlumata görə isə “Cessna” tipli məşq təyyarəsi Zabrat Aeroportuna uçarkən nasazlıq yaranıb. Ətraf yaşayış məntəqələri olduğundan faciə baş verməməsi üçün ekipaj təyyarəni gölə endirib. Hadisə baş verərkən 4 nəfərlik təyyarədə 2 nəfər olub. Polisdən təyyarədə olanlardan birinin xilas edildiyi də bildirilib.
OXŞAR XƏBƏRLƏR