Bakı zibilliyindən 65 kq pul tapıldı - VİDEO

Bakı zibilliyindən 65 kq pul tapıldı -  VİDEO
Bütün Xəbərlər
11:09 26.11.2014
2384

Balaxanıdan xəbər var.

Paytaxtda zibillikdən nə az, nə çox düz 65 kq pul yığılıb.AZXEBER.COM xəbər verir ki, ANS TV-nin məlumatına görə, bu pullar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidləmə zavodunda məişət tullantılarının çeşidlənməsi zamanı aşkar edilib.

Şəhərin müxtəlif hissələrindən toplanmış tullantılar Balaxanıdakı çeşidləmə zavoduna gətirilir.

Tullantıların içindən tapılan əşyalar vacib sənədlər, silah hissələri və ya pul olur. Yığılan pul xeyriyyə məqsədilə istifadə olunacaq.

OXŞAR XƏBƏRLƏR