Bakıda “07” piyadanı 3 metr yuxarı tulladı

Bakıda “07” piyadanı 3 metr yuxarı tulladı
Bütün Xəbərlər
00:20 25.02.2014
936
Sürücü Cəlal Məhərrəmov artıq polis tərəfindən saxlanılıb.
Bu gün axşam saatlarında Bakının Əhmədli qəsəbəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə Məhəmməd Hadi küçəsində baş verən yol qəzası piyadanın ölümü ilə nəticələnib.
Belə ki, Məhərrəmov Cəlal Qorxmaz oğluna məxsus 90-LZ-586 dövlət nömrə nişanlı VAZ 2107 markalı maşın yolu qarşı tərəfə keçmək istəyən 49 yaşlı Qəmbərova Gülnarəni vurub. C.Məhərrəmovun idarə etdiyi maşın Ukrayna dairəsi tərəfdən Həzi Aslanov metrostansiyası istiqamətinə hərəkət edərkən qoşa xəttin üstündə dayanmış G.Qəmbərovanı görməyib. Nəticədə piyadanı elə gəldiyi sürətlə də vurub 2-3 metr yuxarı atıb. G.Qəmbərova elə hadisə yerindəcə dünyasını dəyişib.
Sürücü C.Məhərrəmov artıq polis tərəfindən saxlanılıb.
OXŞAR XƏBƏRLƏR