Qəza nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib.
Bu gecə Bakının Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yol qəzası baş verib.
AZXEBER.COM xəbər verir ki, qəza qəsəbə sakinləri tərəfindən lentə alınıb.
Belə ki, hərəkətdə olan “Porsche Panamera” markalı qara avtomobilin sürücüsü idarəetməni itirərək, hərəkətdə olan “KİA” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib. Amma heç bir sürücü xəsarət almayıb.
AZXEBER.COM musavat.com-a istinadən həmin görüntüləri təqdim edir: