Bakıda 12 nəfəri əzən sürücünü tutdular

DÜNYA
10:04 20.06.2012
2602
Bakının Nizami rayonunda 12 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası törədən sürücü saxlanılıb. Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, iyunun 19-da saat 00:30 radələrində "Neftçilər" metro stansiyası yaxınlığında, Rüstəm Rüstəmov 32 ünvanında baş vermiş qeyri-adi qəzada 12 nəfər xəsarət alıb. Məlumata görə, həmin yolda "Mercedes" və "VAZ-2107" markalı iki avtomobil toqquşub.Qəzada xəsarət alan olmasa da, həmin avtomobillərin sürücülərinin mübahisəsi zamanı ətrafa xeyli sayda insan toplaşıb. Bu zaman "Mercedes" markalı başqa bir avtomobil yüksək sürətlə hərəkət edərək həmin insanların üstünə sürüb.

OXŞAR XƏBƏRLƏR