Bakıda 13 mərtəbəli binada yanğın

Bakıda 13 mərtəbəli binada yanğın
Bütün Xəbərlər
12:59 16.07.2013
1176

Bu gün saat 12:00 radələrində Bakıda, Neftçilər metrostansiyasının yaxınlığında, Elşən Süleymanov küçəsində yerləşən 13 mərtəbəli yaşayış binasında yanğın baş verib.  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın binanın 5-ci mərtəbəsində baş verib. Məlumat daxil olan kimi hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.  Binanın yanğın baş verən blokunda sakinlər evakuasiya olunub. Alovun yayılmasının qarşısı alınıb. Yanğınsöndürənlər yanğını söndürüb. Yanğın nəticəsində xəsarət alan olmayıb. Hadisənin nə səbəbdən baş verdiyi araşdırılır.

OXŞAR XƏBƏRLƏR