Bakıda 16 yaşlı lisey şagirdi özünü asdı

Bakıda 16 yaşlı lisey şagirdi özünü asdı
Bütün Xəbərlər
10:35 02.11.2015
2295
Bakıda intihar hadisəsi baş verib.
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1999-cu il təvəllüdlü Süleymanov Asif Münasif oğlu yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Polisdən həmçinin bildirilib ki, A.Süleymanov lisey şagirdi olub.
Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR