Bakının Nizami rayonu 8-ci kilometr qəsəbəsində qanlı hadisə baş verib. Əli Vəliyev küçəsində qeydə alınan hadisə zamanı 17 yaşlı Fərhadov Əli Müşfiq oğlu yaşadıqları evin yaxınlığında naməlum şəraitdə bıçaqlanıb. Yaralı hadisədən sonra təcili olaraq 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Əli Fərhadovun üzərində cərrahi əməliyyat aparılıb. Hazırda yaralı müalicəsini xəstəxanada davam etdirir.