Bakıda 17 yaşlı qızı qaçıran 4 nəfər tutuldu

Bakıda 17 yaşlı qızı qaçıran 4 nəfər tutuldu
Bütün Xəbərlər
12:55 04.09.2013
998

Faktla bağlı araşdırma aparılır

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb. 1996-cı il təvəllüdlüCəmanət Şamil qızı Quluzadəanası, 1965-cı il təvəllüdlüGülbəniz Məlik qızıilə mağazaya gedərkən 4 nəfər naməlum şəxslər tərəfindən zorla avtomobillə mindirilərək hadisə yerindən uzaqlaşdırılıb. Naməlum şəxslər qızına kömək edən G.Quliyevaya xəsarət yetiriblər. Qaradağ rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən 1993-cü il təvəllüdlü Bərdə rayon sakiniVəliyət Ağakişi oğlu Lələyev, 1993-cü il təvəllüdlüNicat Rəşid oğlu Kərimov, həmyaşıdlarıNurlan Hidayət oğlu HəsənovvəFərid Vaqif oğlu Kərimov“99-BU 229” dövlət nömrə nişanlı “OPEL” markalı avtomobildə tutulublar.
OXŞAR XƏBƏRLƏR