Bakıda 17 yaşlı tələbə qız yataqxanada qəfil vəfat etdi

Bakıda 17 yaşlı tələbə qız yataqxanada qəfil vəfat etdi
SOSİAL
19:08 14.11.2026
67
Bakıda tələbə qız qəfil vəfat edib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib.

Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb.

Məlumata görə, onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb. Tələbənin ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR