Bakıda 18 yaşlı oğlan sevgilisini əlindən alanı öldürdü

Bakıda 18 yaşlı oğlan sevgilisini əlindən alanı öldürdü
Bütün Xəbərlər
10:43 30.11.2012
4257
Masallı rayon sakini Kazımov Kamil Mübariz oğlu naməlum şəraitdə bıçaqlanıb.
Bakının Nəsimi rayonunda törədilən qətlin təfərrüatı məlum olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən qətlə yetirilən 17 yaşlı Kamil Kazımovu həyat yoldaşının üstündə öldürüblər. Onu öldürən isə mərhumun həmkəndlisi, 18 yaşlı Tural Səfərlidir. 
Məlumata görə, Tural Səfərli əvvəllər Kamilin həyat yoldaşını sevib. Lakin qız Turala yox, Kamilə ərə gedib. Bunun üstündə hələlik məlum olmayan səbəbdən mübahisə düşüb və qətl baş verib. 
T.Səfərlinin yerinin müəyyən edilərək tutulması istiqamətində iş aparılır. 
OXŞAR XƏBƏRLƏR