Bakıda 19 yaşlı qız özünü asdı

Bakıda 19 yaşlı qız özünü asdı
Bütün Xəbərlər
01:34 14.05.2013
2711

Bakıda intihar hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Hövsan qəsəbəsində, Zeytun sovxozunda qeydə alınıb. Orada yaşayan, 19 yaşlı Leyla Nəcəfli yaşadığı evin həyətində özünü asıb.Polisdən həmçinin bildirilib ki, yaxınları L. Nəcəflinin bir müddət əvvəl həyat yoldaşından ayrıldığını deyiblər. Məhkəmə onun övladının atası ilə qalması barədə qərar verib. Ehtimala görə, övladının yoxluğundan depressiyaya düşən L. Nəcəfli buna dözməyərək intihar edib.Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR